Siyasət
13 may 2020
34

"Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün qüdrətli və güclü ordular siyahısındadır"- Deputat

Milliinfo.az

"Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün qüdrətli və güclü ordular siyahısındadır"- Deputat



"Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün qüdrətli və güclü ordular siyahısındadır"- Deputat


"Ordu quruculuğu Azərbaycanda 90-cı illərin əvvəllərində başlayıb".

Azərbaycan Ordusu ilə bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, SSRİ dağıldıqdan sonra digər dövlətlər kimi Azərbaycan da müstəqillik əldə etdi: "Daxili çəkişmələr zaman ordu quruculuğundan heç bir söhbət gedə bilməzdi. Çünki AXCP və Müsavat cütlüyü hakimiyyət uğrunda mübarizə aparırdı. Hakimiyyəti zorla əldə etdikdən sonra yaranan ayrı-ayrı özünümüdafiə batalyonları vəzifədə olan şəxslərin maraqlarını müdafiə edirdi. Nəticədə Ermənistanın separatçı rəhbərliyi 20 faiz torpaqlarımızı işğal etdi. Daha sonra ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğunda nizam-intizam yaradıldı, vahid ordu yaradıldı. Son illərin statistikasında baxanda görürük ki, ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində bu gün qüdrətli və güclü ordular siyahısında Azərbaycan Silahlı Qüvvələri də yüksək pillələrdə dayanır. Hər il Azərbaycan ordusun qüvvətlənməsi, silah və texniki bazasının gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ciddi addımlar atılır. Bundan əlavə hər il nüfuzlu beynəlxalq təşkilatların açıqlamasında Azərbaycan ordusunun artan dinamika ilə daha yüksək pillələrə qalxdığını müşahidə edirik. 27 il bundan öncə tarixin zibiliyinə atılmış və bu gün Milli Şura kimi fəaliyyət göstərən radikal müxalifətin ordu ilə apardığı qarayaxma kampaniyası onların məkirli, çirkin əməllərinin növbəti təzahürüdür. Bu gün Dağlıq Qarabağ münaqişəsi davam etdiyi zamanda onlar növbəti dəfə təxribat xarakterli çirkin bəyanatları Azərbaycan ordusuna mənfi təsir göstərməyə çalışırlar. Təbii ki, bu ermənilərin və ermənipərəst insanların Azərbaycan xalqına və ordusuna qarşı onlara verdiyi tapşırıqdır. Son bir neçə gündür ki, vaxtı ilə Azərbaycan ordusunda çalışan, lakin ermənilərə xidmət edən bəzi şəxslər də Milli Şuranın ətrafında görə bilərik. Ordumuza qarşı aparılan şər-böhtan kampaniyasına da onlar da qoşulub. 27 il bundan öncə zibilliyə atılmış bu şəxslər sağalmaz virusa yoluxublar. Bu virusa görə onlar yaxşını pis görür, eşidir, dilləri də düz danışmaq qabiliyyətini itirib. Ancaq yalan danışmaqla məşğuldurlar. Onlar 27 ildir ki, bu qorxunc virusa yoluxublar. Görünür onlar bu virusdan sağalmaq fikirləri yoxdur. Onların Dağlıq Qarabağ münaqişəsi davam etdiyi dövrdə Azərbaycan ordusuna qarşı apardığı şər-böhtan kampaniyası Azərbaycan xalqı tərəfindən pislənir. Xalqımız digər məsələlər də olduğu kimi Azərbaycan ordusuna inanır və dəstəkləyir".