Siyasət / Hadisə
14 avqust 2020
56

COVID-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən şəxslər həbs edilib

COVID-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən şəxslər həbs edilib

Milliinfo.az

Məlumat verildiyi kimi, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

DTX-dan APA -ya verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

"Bu, sıradan bir həbs deyil"

Siyasi şərhçi Azər Rəşidoğlu Eldar Həsənovun həbsini gözlədiyini, bu gözləntisini onun "çox güclü olması" ilə əlaqələndirir. "Mən iki həftə əvvəl sosial mediada yaxınlarda haylı-küylü həbs olacağının proqnozunu verəndə də Eldar Həsənovu nəzərdə tuturdum. Məsələ burasındadır ki, Eldar Həsənov çox güclü fiqurdur. Onun ölkənin bir çox siyasi dairələri ilə əlaqəsi və münasibəti vardı. Keçmiş Heydər Əliyev komandasına daxil olan şəxslərlə də xoş münasibətdə idi. O cümlədən müxalifətçilərlə də. Üstəlik, ən müxtəlif ölkələrlə də əlaqəsi vardı, xarizmatik idi və arxasında qarabağlıların əksəriyyətinin dayandığını ehtimal edə bilərik".

Azər Rəşidoğlunun fikrincə, siyasi müstəvidə Eldar Həsənov bir alternativ kimi görünürdü.

Siyasi şərhçi səfir Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını əsas gətirərək deyir ki, bu sübut olunsa, o zaman həbslər davam edə bilər.

Azər Rəşidoğlu BBC News Azərbaycancaya deyir ki, əgər Eldar Həsənovun günahını sübut edən konkret fakt ortaya qoyulmayacaqsa, bu, "sıradan həbs olmayacaq".

"Onun kifayət qədər dayağı var və bu, bir narazılıqla qarşılanacaq. Əlbəttə, Azərbaycan hakimiyyəti hələ ki, güclüdür və Eldar Həsənov kimi güclü, xarizmatik, arxasında maliyyə imkanları və insan resursu olan bir adamın həbs olunması sıradan bir hadisə deyil".

Siyasi şərhçinin fikrincə, bu həbslərin arxası gələ və iqtidarla müxalifətə doğru uzana bilər.

Azər Rəşidoğlu əlavə edir ki, hazırda MDB məkanında, Cənubi Qafqazda elə hadisələr baş verir ki, bir neçə aydan sonra proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətinləşib. Onun fikrincə, üstəlik post pandemiya dövründə Azərbaycanda sosial narazılıqların sayı arta, cəbhə xəttində toqquşmalar, lokal savaşlar baş verə bilər. "Bu baxımdan, nəzərə alsaq ki, hakimiyyətdə mərkəzdən qaçma tendensiyaları baş verə bilər, hakimiyyət, əlbəttə ki, özünə alternativ gördüyü şəxsləri təcrid etməkdə maraqlıdır".

"Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur"

Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva BBC News Azərbaycancaya şərhində deyir ki, bu hadisəni hakimiyyətdə təmərküzləşmə kontekstindən qiymətləndirir:

"Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur. Əgər hansısa güc mərkəzi nəzarətdən çıxırsa, onda narahatlıq yaradırsa, onu neytrallaşdırır. Amma həbsin səbəbi müxtəlif ola bilər".


Eldar Həsənov kimdir?

Azərbaycanın 1995-2000-ci illərdə baş prokuroru olmuş Eldar Həsənov 2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olub.

2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.

Azərbaycanın baş prokuroru olana qədər Eldar Həsənov müxtəlif illərdə Gəncənin Polis İdarəsinin rəisi, Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri, daxili işlər naziri və baş prokurorunun birinci müavinləri vəzifələrində işləyib.