Sosial
06 noyabr 2021
64

Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyaları ÖDƏNİLDİ

Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyaları ÖDƏNİLDİ

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyaların ödənişi həyata keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək