Şou
04 sentyabr 2021
32

Milli Məclisin ilk komitə iclasının vaxtı məlum oldu

Milli Məclisin ilk komitə iclasının vaxtı məlum oldu

Sentyabrın 8-də Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçiriləcək.

Milli Məclisinin payız sesiyasının ilk komitə iclası Elm və təhsil komitəsində keçiriləcək. Onlayn formatda keçiriləcək iclasın gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planı müzakirə olunacaq və parlamentin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı dinləniləcək.