Şou
11 may 2019
67

"Toppuş bacı" şayiələrə son qoydu

"Toppuş bacı" şayiələrə son qoydu


Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.



Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:

“Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyər çəkir. O, səhhətindəki problemləri aradan qaldırmaq üçün tez-tez müayinə olunur.