Gündəm / Dünya
27 fevral 2025
0
Putin: ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur

ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hazırkı hakimiyyəti praqmatizm və hadisələrə real baxış nümayiş etdirir, stereotipləri və messianist ideoloji klişeləri rədd edir.
Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı dialoq hamını qane etmir, ona görə də, onlar onu pozmağa çalışacaqlar.
"Biz Qərb elitasının Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa müdaxilə etmək cəhdlərinin qarşısını almaq üçün diplomatiyanın və kəşfiyyat xidmətlərinin bütün imkanlarından istifadə etməliyik. Rusiya və ABŞ əməkdaşlığı bərpa etməyə hazırdır", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin ölkəsinin heç vaxt Ukrayna böhranını sülh yolu ilə həll etməkdən imtina etmədiyini söyləyib.
Əlavə edib ki, Rusiya hərbçilər Ukraynadakı fəaliyyəti ilə əsas beynəlxalq problemlər üzrə dialoqun başlanmasına şərait yaradıblar.

Daha çox xəbər:

Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb
Gündəm / Siyasət
“Putin müharibəni seçdi” - Bayden
Gündəm / Dünya
Putin: Təhlükəsizliyi təmin etmək üçün Qərb sxemi işləmir
Gündəm / Cəmiyyət
Bayden Putini öldürmək istəyibmiş - ŞOK AÇIQLAMA
Gündəm / Dünya
Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini açıqlayıb
Gündəm / Dünya