Cəmiyyət
09 iyun 2020
106

Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub

Milliinfo.az

Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub



 Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub


Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının mansardında ümumi sahəsi 55 kvadratmetr olan mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 20 kvadratmetrlik hissəsi əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.