Hadisə
02 may 2019
79

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər


Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BEŞ.AZ verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.