Gündəm / Cəmiyyət
01 iyul 2024
0
Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var
![Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var](https://azadmedia.az/uploads/posts/2024-07/1719813847_57c9c473-6b94-3615-a52e-67f7d48bc497_850.jpg)
Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var](/uploads/posts/2019-05/1557685207_1557651164tecili_yardim.jpg)
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə![Ələt-Astara yolunda ağır qəza - Ölən və yaralılar var](https://www.xeberler.org/uploads/posts/2023-07/medium/1690175654_1664561106_qeza1.jpeg)
Ələt-Astara yolunda ağır qəza - Ölən və yaralılar var
Hadisə![Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var](https://azadmedia.az/uploads/posts/2023-09/1695956407_tir-qeza1.jpg)
Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var
Gündəm / Cəmiyyət![Azərbaycanda AĞIR QƏZA: Ölən var](/uploads/posts/2019-05/1557321972_agir-qeza-3.jpg)
Azərbaycanda AĞIR QƏZA: Ölən var
Hadisə![Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO](/uploads/posts/2019-05/1557757627_1557744762_1480657358_qosa.jpg)
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə