Gündəm / Cəmiyyət
29 sentyabr 2023
0
Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var
![Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var](https://azadmedia.az/uploads/posts/2023-09/1695956407_tir-qeza1.jpg)
Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerindəcə ölüb, daha iki nəfər, sərnişinlər - 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Report
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)