Gündəm / Hadisə
29 iyun 2024
0

38 yaşlı kişi döyülərək bıçaqlanıb


 
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gecə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Həmin kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov naməlum şəxs və ya şəxslər tərəfinən döyülüb, daha sonra isə bıçaqlanıb.

Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan R.İbadov reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.