Hadisə
25 aprel 2022
16

Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb


Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milliinfo.az APA-ya istinadən bildirir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında baş verib. 2002-ci il təvəllüdlü Xəlilov Xəzri İlqar oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.