Cəmiyyət
06 sentyabr 2021
119
Obyektlərə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? - RƏSMİ CAVAB
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.
Millinfo.az Trend-ə istinadən xəbər verir ki, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.
Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:
"Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır.
Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür.
Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır".
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ](/uploads/posts/2021-08/medium/1629706354_1620195530.karantin_polis_cerime_130620_02.jpg)
Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ
Gündəm / Cəmiyyət![Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA](/uploads/posts/2021-08/medium/1630403823_253200544-1.jpg)
Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA
Gündəm / Cəmiyyət![Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq](/uploads/posts/2021-08/medium/1629458897_pasport.jpg)
Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
Gündəm / Siyasət![Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib](/uploads/posts/2021-09/medium/1630485934_restoran.jpg)
Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib
Gündəm / Cəmiyyət![Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?](/uploads/posts/2021-09/medium/1630469363_1630428557_untitled-1.png)
Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?
Gündəm / Cəmiyyət