Gündəm / Cəmiyyət
31 avqust 2021
24
Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA
Sabahdan iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.
Bəs peyvəndin birinci dozasını vurduran şəxslər mehmanxanalarda qala bilərmi?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən mehmanxanalara buraxılacaqlar:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, peyvənd vurduran şəxslər COVID-19 pasportu ilə hotellərə daxil ola bilərlər”.
Koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə də buraxılacaqlar”.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, sentyabrın 1-dən mehmanxanalarda, iri ticarət və ictimai iaşə obyektlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edəcəklər:
“Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”.
O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ](/uploads/posts/2021-08/medium/1629706354_1620195530.karantin_polis_cerime_130620_02.jpg)
Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ
Gündəm / Cəmiyyət![Operativ Qərargahdan yeni qərarlar - Rəsmi](/uploads/posts/2021-07/medium/1627298693_nazirlerkabinet.jpg)
Operativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / Cəmiyyət![Bu gün iri ticarət mərkəzlərinin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa olunur? - TƏBİB-dən AÇIQLAMA](/uploads/posts/2020-08/medium/1598708602_15986823581580654491_unnamed-5.jpg)
Bu gün iri ticarət mərkəzlərinin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa olunur? - TƏBİB-dən AÇIQLAMA
Gündəm![Sentyabrın 8-dən növbəti yumşalma olacaq –](/uploads/posts/2020-09/medium/1599300753_nazirler.jpg)
Sentyabrın 8-dən növbəti yumşalma olacaq –
Gündəm / Cəmiyyət / Sosial![Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq](/uploads/posts/2021-08/medium/1629458897_pasport.jpg)
Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
Gündəm / Siyasət