Dünya
21 aprel 2020
35

Qalmaqallı eks-deputat bu dəfə “Bentley” ilə dirəyə "girdi" - VİDEO - FOTO

Milliinfo.az

Qalmaqallı eks-deputat bu dəfə “Bentley” ilə dirəyə "girdi" - VİDEO - FOTO


Qalmaqallı eks-deputat bu dəfə “Bentley” ilə dirəyə "girdi" - VİDEO - FOTO

Rusiyada keçmiş deputat Rifat Arifulin qəzaya düşüb.


Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident aprelin 20-də gecə saatlarında Moskva ətrafı Orexovo-Zuevo şəhərində qeydə alınıb. Bu barədə "RenTV" telekanalı məlumat yayıb.

Məlumata görə, eks-deputat idarə etdiyi "Bentley" markalı avtomobillə, Barışnikov küçəsində hərəkətdə olan zaman sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.

Bildirilir ki, Rifat Arifulin sükan arxasında sərxoş vəziyyətdə olub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Rifat Arifulin Orexovo-Zuevo şəhər dairəsinin deputatı olub və bu mandatdan 2018-ci ilin qışında alt paltarında içkili halda, əlində tapança ilə küçədə qaçaraq vətəndaşları qorxutduğu üçün uzaqlaşdırılıb.