Dünya / Səhiyyə
27 aprel 2020
31

Rusiya koronavirus infeksiyasına yoluxma sayına görə COVID-19-un “vətəni” Çini geridə qoyub

Milliinfo.azRusiya koronavirus infeksiyasına yoluxma sayına görə COVID-19-un “vətəni” Çini geridə qoyub

Rusiya koronavirus infeksiyasına yoluxma sayına görə COVID-19-un “vətəni” Çini geridə qoyub


Rusiyada ötən gün ərzində daha 6198 nəfərin COVID-19 xəstəliyinə tutulduğu məlum olub.

Ölkədə koronavirusa yoluxanların sayı 6198 nəfər artaraq, 87 min 147 nəfərə çatıb. Beləliklə, Rusiya bu infeksiyaya yoluxma sayına görə COVID-19-un “vətəni” Çini arxada qoyub. Çində indiyədək 83 min 912 yoluxma halı qeydə alınıb.

Ötən gün 50 nəfər, bütün dövr ərzində isə 794 nəfər vəfat edib. Bir gündə 579 xəstə, ümumilikdə 7346 xəstə sağalıb.