Gündəm / İdman
24 sentyabr 2024
0

"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakim idarə edəcək

"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakim idarə edəcək

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.

Qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.

Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas (Avstriya) əyləşəcək.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.