Dünya
29 aprel 2020
35

Gürcüstanın xarici turizmdən gəliri 70% azalıb

Milliinfo.azGürcüstanın xarici turizmdən gəliri 70% azalıb

Gürcüstanın xarici turizmdən gəliri 70% azalıbMart ayında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir, təxminən, 70% azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İlkin hesablamalara əsasən, ötən ay illik müqayisədə ixracın həcmində 22%, idxalın həcmində isə 13% azalma qeydə alınıb.

Hesabat ayında pul köçürmələrində 9% azalma olub.

Qeyd olunub ki, beynəlxalq bazarlarda neftin qiymətinin kəskin azalması Gürcüstanda yanacağın tədricən ucuzlaşmasına təsir göstərir.