Dünya
05 iyul 2023
0

Çin prezidenti Putinə bu barədə xəbərdarlıq etdi


Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.

Bu məsələ Çin liderinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı müzakirə edilib.

"Bu vəziyyət Çin dövlətinin başçısının Moskvanın iqtisadi və ticarət dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat olduğunu göstərir. Pekinin nüvə silahı ilə bağlı mövqeyi ÇXR-in Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması planına daxil edilib", - diplomatik mənbələr bildirib.

Mənbə; "Financial Times"