Dünya
11 oktyabr 2023
0

Qəzzanın yeganə elektrik stansiyası fəaliyyətini dayandırdı

Qəzzanın yeganə elektrik stansiyası fəaliyyətini dayandırdı


Qəzzanın enerji idarəsinin rəhbəri Qalal İsmayıl Qəzzanın yeganə elektrik stansiyası yanacaq qurtardıqdan sonra fəaliyyətini dayandırdığını açıqlayıb.

O, bu barədə CNN-ə müsahibəsində deyib.

İsmayıl deyib ki, Qəzzada insanlar hələ də elektrik enerjisi istehsal etmək üçün generatorlardan istifadə edə bilirlər, lakin sərhədin hər iki tərəfindəki blokadada generatorları işə salmaq üçün yanacaq tükənir.