Gündəm / Siyasət
12 iyul 2021
42

Prezidentdən “Bərpa olunan enerji mənbələrindən istifadə" ilə bağlı FƏRMAN

Prezidentdən “Bərpa olunan enerji mənbələrindən istifadə" ilə bağlı FƏRMAN


Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun Milli Məclisdə bu il mayın 31-də qəbul edilib.

Qanun 5 fəsil, 20 maddədən ibarətdir.

Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.