Dünya
09 iyun 2020
63

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib

Milliinfo.az

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib



Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib


Türkiyənin Elazığ, Şırnak və Diyarbakır vilayətlərində antiterror əməliyyatları keçirilib.

AZƏRTAC xəbər verir ki, əməliyyatlar zamanı altı terrorçu zərərsizləşdirilib. Onlardan biri axtarışda olanlar siyahısında yer alan PKK/KCK terror təşkilatının üzvü Salih Ekincidir.

Ölkənin Düzce vilayətində baş tutan daha bir əməliyyat zamanı İŞİD terror təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlar arasında təşkilatın rəhbər heyətində yer alan şəxslər və partlayıcı maddələrin hazırlanması üzrə mütəxəssislər də var.