Siyasət / Dünya
28 aprel 2020
50

Suriyada “Sülh çeşməsi” əməliyyatı bölgəsinə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib

Milliinfo.az

Suriyada “Sülh çeşməsi” əməliyyatı bölgəsinə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib


Suriyada “Sülh çeşməsi” əməliyyatı bölgəsinə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib


Türkiyə Silahlı Qüvvələrinin Suriyada “Sülh çeşməsi” antiterror əməliyyatı keçirilən birlikləri terrorçu qrupun bölgəyə daxil olmasının qarşısını alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, görülən qabaqlayıcı tədbirlər nəticəsində 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nazirliyin digər bir məlumatında isə bildirilir ki, Türkiyə qırıcıları İraqın şimalındakı PKK düşərgələrində dəqiq zərbələr endirib. Nəticədə Hakurk bölgəsində iki PKK mənsubu məhv edilib.