Dünya
28 iyun 2020
47

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Milliinfo.az

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub




 Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub


Biri axtarışda olan daha üç terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təslim olan şəxslər terror təşkilatına 2013-cü ildən daxil olublar. Beləliklə, bu il yanvarın 1-dən bəri təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 92 nəfərə çatıb.

Nazirliyin digər məlumatında bildirilir ki, Vanın Çatak rayonu ərazisində aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib. Onlar iyunun 8-də Belbuka yaylağında işçiləri daşıyan maşının keçdiyi yolda partlayış törətməklə iki nəfərin ölümünə səbəb olan terrorçulardır.