Dünya
31 avqust 2021
20

Kaliforniya meşələri bu tarixədək ictimaiyyətə bağlandı

Kaliforniya meşələri bu tarixədək ictimaiyyətə bağlandı

Çərşənbə axşamı gecə yarısından etibarən Kaliforniyanın 20 milyon hektar ərazisi (təxminən 80.937 kvadrat kilometr) iki həftə ərzində ictimaiyyətə bağlanacaq.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı və Meşə Xidməti məlumat yayıb.

Kaliforniya Regional Meşə səlahiyyətlisi Jennifer M.Eberlien tərəfindən imzalanan qərarda, sözügedən bağlanmaya səbəb kimi hələ də davam edən Kaliforniya meşə yanğınları göstərilib:

"Yanğın böhranı səbəbilə ictimaiyyət və yanğınsöndürənlərin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün belə bir qərar verdim", - deyə Eberlien bildirib.

Bəyanatda qeyd olunub ki, bağlanış çərşənbə axşamından başlayacaq və sentyabrın 17-dək davam edəcək.