Dünya
05 may 2022
32

Hindistanda inəyi kəsən şəxslər döyülərək ÖLDÜRÜLDÜ

Hindistanda inəyi kəsən şəxslər döyülərək ÖLDÜRÜLDÜ


Hindistanın Madhya Pradeş ştatında inəyi kəsən insanlar döyülərək öldürülüb.

Milliinfo.az xəbər verir ki, Sampat Batti və Dhansa adlı iki şəxs inək kəsdiyi iddiası ilə gündəmə gəlib. Bundan sonra yerli sakinlər onların evlərinə basqın edib.

Sakinlər Sampat Batti və Dhansanı çubuqlarla döyərək öldürüblər.

Cütlüyün evində aparılan axtarışlar zamanı inəyi kəsmək üçün təyin olunan alətlər tapılıb. Polis rəisi polis SK Maravi qətlin inəyin kəsilməsi səbəbindən törədildiyini və istintaqın davam etdiyini açıqlayıb.