Gündəm / Hadisə
19 dekabr 2022
13
Bakıda kütləvi dava - 18 yaşlı oğlan öldürüldü
Dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində kütləvi dava olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.
***
Xətai rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb: "Dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2000-ci il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir".
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda DƏHŞƏT: Kişi arvadını öldürdü, qayınanasını və qaynını yaraladı](http://azadmedia.az/uploads/posts/2022-02/1646029998_1592373481_1565545563_modern_az_bicaqla_qa_ba_565.jpg)
Bakıda DƏHŞƏT: Kişi arvadını öldürdü, qayınanasını və qaynını yaraladı
Gündəm / Hadisə![Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)](http://azadmedia.az/uploads/posts/2022-04/1650455505_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)
Hadisə![Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi](http://azadmedia.az/uploads/posts/2022-09/1662187075_1662186807_bicaq.jpg)
Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi
Hadisə![Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi](http://azadmedia.az/uploads/posts/2022-07/1657955935_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi
Gündəm / Hadisə![Bakıda qadın ərini qətlə yetirdi](https://www.xeberler.org/uploads/posts/2022-09/medium/1662109575_qadinbicaq-1.jpg)
Bakıda qadın ərini qətlə yetirdi
Gündəm / Hadisə