Hadisə
20 aprel 2022
24
Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)
![Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB) Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)](http://azadmedia.az/uploads/posts/2022-04/1650455505_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmova bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*** 14:05
Bakıda qətl hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.
15 yaşlı oğul küçədə anasını bıçaqla qətlə yetirib.
Qətli törədən şəxs saxlanılıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda DƏHŞƏT: Kişi arvadını öldürdü, qayınanasını və qaynını yaraladı](http://azadmedia.az/uploads/posts/2022-02/1646029998_1592373481_1565545563_modern_az_bicaqla_qa_ba_565.jpg)
Bakıda DƏHŞƏT: Kişi arvadını öldürdü, qayınanasını və qaynını yaraladı
Gündəm / Hadisə![Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB](/uploads/posts/2021-07/medium/1627027968_meyit.jpg)
Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / Hadisə![Prokurorluq Samuxdakı qətllə bağlı MƏLUMAT YAYDI](https://www.xeberler.org/uploads/posts/2022-04/medium/1650345637_1561633002.olum-meyit-meyid-bicaqlanma-qeza.jpg)
Prokurorluq Samuxdakı qətllə bağlı MƏLUMAT YAYDI
Gündəm / Hadisə![Azərbaycanda ata qızını boğaraq ÖLDÜRDÜ - YENİLƏNİB](https://www.xeberler.org/uploads/posts/2022-02/medium/1644926186_1644919122.clipboard01-1.jpg)
Azərbaycanda ata qızını boğaraq ÖLDÜRDÜ - YENİLƏNİB
Hadisə![Şamaxıda arvadını öldürmək istəyən şəxs həbs edildi](/uploads/posts/2020-09/medium/1600504388_45931f72-f5a5-3962-98cf-a17439537cf9_850.jpg)
Şamaxıda arvadını öldürmək istəyən şəxs həbs edildi
Hadisə