Gündəm / Siyasət
14 fevral 2023
0

Azərbaycan nəhəng layihələr həyata keçirir: Burada milyardlardan söhbət gedir - ŞƏRH

Azərbaycan nəhəng layihələr həyata keçirir: Burada milyardlardan söhbət gedir - ŞƏRH


Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib. Ölkə başçısı qeyd edib ki, Mingəçevir şəhərində əsası qoyulan yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı 2025-ci ildə baş tutacaq:

“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”,-deyə Prezident qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Oxu.Az-a deyib ki, Azərbaycan enerji sahəsində çox ciddi addımlar atıb.

Deputatın sözlərinə görə, neft, qaz, yaşıl enerji ilə əlaqədar olduqca əhəmiyyətli layihələr hazırlanıb, bəzilərinin artıq icrasına başlanıb:

Ötən ay Prezident İlham Əliyev Macarıstana səfər etdi. Daha sonra isə Rumıniya prezidentinin Bakıya səfəri baş tutdu.

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, bu səfərlər və keçirilən tədbirlər çərçivəsində bir çox ölkələrlə tərəfdaşlıq müqaviləsi, enerji ixracının genişləndirilməsinə xidmət edən razılaşmalar imzalanıb.

“Hətta Azərbaycanın təkcə ixrac potensialı deyil, həm də nəqliyyat dəhlizi kimi əhəmiyyəti də gündəmə gəldi. Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ixracı müzakirə mövzusuna çevrildi. Ötən gün Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi ən böyük İstilik Elektrik Stansiyasının yaradılmasından da aydın olur ki, Azərbaycan Cənubi Qafqazda enerji ixracına görə imkanlarını və potensialını genişləndirmək niyyətindədir.

Enerji ixracından gələcək gəlirlərin hesablanması olduqca çətindir. Burada milyardlardan söhbət gedir. Faktiki olaraq, Azərbaycan Avropa üçün əsas neft və qaz ixracı dövlətinə çevrilib. Ölkəmizə diqqət kifayət qədər böyükdür. Enerji sahəsində imzalanan razılaşmalar böyük iqtisadi nailiyyətlərə səbəb olacaq”,-deyə Vahid Əhmədov söyləyib.

Parlamentari yaşıl enerji ilə əlaqədar nəzərdə tutulan gələcək planlara da toxunub. O qeyd edib ki, Azərbaycanın bu sahədə kifayət qədər potensialı var:

“Bu sahədə kifayət qədər əhatəli işlər həyata keçirilir. Gələcəkdə yaşıl enerji ilə əlaqədar önəmli inkişafın təmin ediləcəyi, hətta Azərbaycanın artıq yaşıl enerji potensialından istifadə edərək dünyaya enerji ixracını daha da artıracağı proqnozlaşdırılır.

Ötən illərin statistikasına nəzər saldıqda görürük ki, Azərbaycanın neft və ümumən enerji ixracından əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldib. İldən ilə qeyri-neft sektorunun inkişafı sürətlənir. Təbii ki, bu artım biz istədiyimiz səviyyədə deyil. Amma qeyri-neft sektorunda inkişafın ləng getdiyini də söyləmək real olmaz.

Enerji sahəsindən gələn gəlirlər əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməlidir. Bununla bərabər dünyada gedən proseslərin fonunda dövlətin təhlükəsizliyinə diqqətin artırılması da nəzərdə tutulur”,-deyə Vahid Əhmədov fikirlərini yekunlaşdırıb.
Ashlee
I am sure this piece of writing has touched all the internet
users, its really really nice post on building up new blog.


Also visit my web-site :: [url=http://moscow-forest.ru/user/casegun6/]l[/url]
Jacquetta
Touche. Solid arguments. Keep up the great work.


my web page; fafaslot
Theda
Hey very interesting blog!

Take a look at my web page :: bigsloto
Natasha
Hi, i read your blog occasionally and i own a similar one and i was just curious if you get a lot of spam comments?

If so how do you protect against it, any plugin or anything you can suggest?
I get so much lately it's driving me insane so any support is very much
appreciated.

My web page joker388
Elena
What's up, I read your blogs regularly. Your story-telling style is awesome, keep up the good work!


Here is my blog post: watch now
Lyndon
I get pleasure from, lead to I found just what I was
looking for. You've ended my four day lengthy hunt! God Bless you man. Have a great day.
Bye

my webpage: gacor slot