Gündəm / Dünya
16 fevral 2023
1

Rusiya müdafiə nazirliyinin idarə rəisi evində ölü tapıldı

Rusiya müdafiə nazirliyinin idarə rəisi evində ölü tapıldı


Rusiya müdafiə nazirliyinin Qərb Hərbi Dairəsinin maliyyə idarəsinin rəisi Marina Yankina Sankt-Peterburqda ölü tapılıb.

Yankinanın ölüm faktını Qərb Hərbi Dairəsinin mətbuat xidməti təsdiqləyib.

Rusiya hərbi idarəsinin yüksək rütbəli məmurunun meyiti dünən səhər saatlarında yaşadığı mənzilin pəncərəsinin altında tapılıb.

Hələlik hüquq-mühafizə orqanları baş verənlərlə bağlı şərh verməyib.