Gündəm / Dünya
15 mart 2023
0

Zəlzələ bölgəsindən ürəkağrıdan - Görüntülər

Zəlzələ bölgəsindən ürəkağrıdan - Görüntülər


Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.

Milliinfo.az “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb.

Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb.

Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.

***

Şanlıurfada sel nəticəsində 4 nəfərin həlak olduğu məlum olub.

***

Sel nəticəsində həlak olanların sayı 10-a çatıb.