Gündəm / Sosial
21 mart 2023
0

Cahit Bağçı 100 milyon dollarlıq ianəyə görə Azərbaycana təşəkkür etdi

Cahit Bağçı 100 milyon dollarlıq ianəyə görə Azərbaycana təşəkkür etdi


Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:

“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Avropa İttifaqı Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə göndərən Azərbaycana təşəkkür edirəm”.

O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.