Gündəm / Sosial
05 iyun 2023
1

İrana uçuşların ləğv olunması xəbərinə - Rəsmi reaksiya


Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub.

“Qafqazinfo” məsələ ilə bağlı AZAL-ın Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan reyslərin ləğv olunmadığı bildirilib: "İrana uçuşlar adi qaydada həyata keçirilir".

Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və “Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.