Gündəm
13 iyul 2023
2
ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu
![ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu](https://azadmedia.az/uploads/posts/2023-07/1689263020_fotojet-5-1.jpg)
Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.
Elm və təhsil nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.
Qeyd edək ki, Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004-2007-ci illərdə Fransanın Mark Blok Universitetində 2 magistr, 2007-2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona “Strasburq Universitetinin doktoru” elmi dərəcəsi verilib.
Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.
Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.
Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 10-da Mustafa Baba oğlu Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Təhsil naziri bu universitetə prorektor TƏYİN ETDİ](http://azadmedia.az/uploads/posts/2021-07/thumbs/1625651260_1624981612_untitled-1.jpg)
Təhsil naziri bu universitetə prorektor TƏYİN ETDİ
Gündəm / Cəmiyyət![Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin olundu](https://azadmedia.az/uploads/posts/2023-02/1675351936_fotojet-2023-02-02t190659_097-1.jpg)
Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin olundu
Gündəm / Cəmiyyət![PFL-in yeni prezidenti kimdir? - DOSYE](http://azadmedia.az/uploads/posts/2022-07/1659087647_1659085856_823133362e3a1bc4a237.jpg)
PFL-in yeni prezidenti kimdir? - DOSYE
İdman![SOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE](http://azadmedia.az/uploads/posts/2022-02/1644495351_1644493788_73d4cdbf-4fb4-3fae-945f-42ff4c7eaedd_850.jpg)
SOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət![İLHAM HEYDƏR OĞLU ƏLİYEV](/uploads/posts/2019-04/1556182719_368.jpg)
İLHAM HEYDƏR OĞLU ƏLİYEV
Siyasət