Gündəm
01 may 2020
21

Tibbi maska taxıb “Oba”ya basqın etdi

Milliinfo.az

Tibbi maska taxıb “Oba”ya basqın etdi


Tibbi maska taxıb “Oba”ya basqın etdi
Bakıda “Oba” mağazalar şəbəkəsinin bir dükanına basqın olunub.

Bu barədə Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nurullayev Cavad İlqar oğlu polisə müraciət edərək məlumat verib. O bildirib ki, aprelin 29-u saat 21 radələrində Xətai rayonu, Gəncə prospektində yerləşən və administrator işlədiyi “Oba” marketdə olduğu zaman tibbi maska taxan naməlum kişi bıçaqla onu hədələyərək kassada olan 1200 manat pulu götürərək qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.