Gündəm / Hadisə
22 noyabr 2023
1

Binəqədidə dava: Gənc oğlan bıçaqlandı


Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

hadisə “Binəqədi Gənclər Şəhərciyi”ndə qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəşad Zəfər oğlu Şiranzadə tanımadığı şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.