Gündəm / Cəmiyyət
11 dekabr 2023
1

Rusiya Kiyevi yenidən bombaladı - Yaralılar var


Rusiyanın Hərbi Hava Qüvvələri dekabrın 11-də Ukraynanın paytaxtına raket zərbələri endirib.

Bu barədə UNİAN məlumat yayıb. 

Kiyevdə baş verən partlayışlardan sonra hava bombardmanı xəbərdarlığı elan edilib. Raketlər Darnitski və Qoloseyevski bölgələrinə düşüb. 

"Düşmənin raket zərbəsi nəticəsində Darnitski rayonunda 4 nəfər yaralanıb. Həkimlər onlara yerindəcə köməklik göstəriblər", - deyə şəhər meri bildirib.