Gündəm / Cəmiyyət
08 yanvar 2024
0

Masallıda meşə yandı - Video

Masallıda meşə yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.