Gündəm / Sosial / Təhsil
24 aprel 2024
0

Bu ölkə Ağdamda məktəb tikəcək



“Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək”.

Bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

“Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.