Gündəm / Dünya
29 aprel 2024
2

Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır


Rusiya ordusu yeni hücuma hazırlaşır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukrayna artıq NATO standartlarına uyğun hərəkət edir: “Biz NATO ölkələrinin silahlarından istifadə edirik. Həmçinin, Alyansın prinsip və və doktrinalarını rəhbər tuturuq”.

V.Zelenski onu da diqqətə çatdırıb ki, Ukraynaya “Patriot” raket sistemlərinin tədarükü ilə bağlı müzakirələr gedir.