Cəmiyyət
15 may 2024
0
Keçmiş bank işçisi 2 milyon ələ keçirərək ölkədən qaçıb?
Bakıda 10 nəfərə yaxın şəxs külli miqdarda dələduzluqla üzləşdiklərini bildirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Polis və prokurorluq orqanlarına şikayət edən şəxslər Rzayev Elmin Rafiq oğlu tərəfindən aldadıldıqlarını və onlara 2 milyon manata yaxın ziyan dəydiyini iddia ediblər.
DİN-in 102 xidmətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən vətəndaşlar E.Rzayevin keçmiş bank işçisi olduğunu, onlara gəlir vəd verərək xeyli miqdarda pul aldığını qeyd ediblər.
Onlar iddia ediblər ki, Elmin bir neçə şəxsdən ekoçanta istehsal etmə, onların ölkədəki xaricə şirkətlərə satışı, ev və maşın alışı-satışı kimi müxtəlif səbəblərlə ümumi 2 milyon manatdan çox vəsait alıb.
Şikayətçilər həmçinin E.Rzayevin həyat yoldaşı və anası ilə birgə aprelin 22-də Azərbaycanı tərk etdiyini deyiblər.
Əldə etdiyimiz məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Rzayev barəsindəki şikayətlərlə bağlı araşdırmalar aparılır.
Daha çox xəbər:
FHN-in əməkdaşlarından Baş Prokurorluğa ŞİKAYƏT: Araşdırma başladı
Gündəm / CəmiyyətAqşin Fatehlə şəriki arasında dava - XƏSARƏT ALAN VAR
Gündəm / HadisəKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu qurumda əməliyyat KEÇİRDİ
Gündəm / HadisəBakıda 1,5 milyonluq dələduzluq: Direktor və bir neçə əməkdaş həbs edildi
Gündəm / CəmiyyətBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
Gündəm