Gündəm / Hadisə
29 oktyabr 2024
1
16 yaşlı qız və yeznəsi öldü - Şəmkirdə ailə faciəsi
Şəmkirdə iki nəfəri cərəyan vuraraq öldürüb.
Hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq - mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Bildirilir ki, səhər saatlarında Düyərli kəndində evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.
Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.
Daha çox xəbər: