Gündəm / Cəmiyyət
31 oktyabr 2024
0
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
Tərəflərdən biri xalq artisti Ağadadaş Ağayev olan insidentlə bağlı məhkəmə prosesi başlayıb.
Müğənni balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək.
Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib.
Onu ilk iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.
Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi “Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.
Təqsirlındirilən şəxslərə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.(Qafqazinfo)
Daha çox xəbər:
Həmin baltadan yaralanan qadının səhhəti necədir?
Gündəm / SosialAğadadaş Ağayev kimi baltalayıb? - TƏBİB araşdırır - DİN TƏSDİQLƏDİ
Gündəm / MədəniyyətAğadadaş Ağayev: Onu ağır cəza gözləyir...
Gündəm / CəmiyyətGeneralların məhkəməyə çağırılması istənildi
Gündəm / CəmiyyətNaxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib
Gündəm / Cəmiyyət