Gündəm / Hadisə
30 oktyabr 2024
0
Bakıda kişi arvadını öldürüb, sonra isə özünü asıb
Oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Daha çox xəbər:
Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi
HadisəAzərbaycanda DƏHŞƏT: Kişi arvadını öldürüb intihar etdi (YENİLƏNİB)
Gündəm / HadisəDaşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Gündəm / HadisəŞamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb- YENİLƏNİB
Gündəm / HadisəBakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)
Hadisə