Gündəm / Cəmiyyət
22 iyun 2024
0

Bu, Putinin əlini daha da gücləndirir - Sunak


Britaniyalı siyasətçi Nigel Faragenin Ukrayna-Rusiya müharibəsinə Qərbin təşviq etdiyi ilə bağlı dedikləri tamamilə səhvdir.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

O bildirib ki, N.Farage Ukrayna ərazisində Qərbin təxribat törətdiyini deməklə Putinin əlini gücləndirib:

“Onun dedikləri həqiqətdən tamamilə uzaqdır və yalnız Putinin işinə yaradı. O, Şimali Koreya kimi ölkələrlə sövdələşmələr aparan, Britaniya küçələrində agentlər yerləşdirən bir adamdır. Bu cür şərhlər Britaniyanın, o cümlədən bizə arxalanan müttəfiqlərimizin təhlükəsizliyi üçün təhlükəlidir və Putini daha da gücləndirir”.