Gündəm / Dünya
26 iyun 2024
0

ABŞ-də atışma zamanı 5 nəfər ölüb, xəsarət alan var


ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində silahlı insident olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yaşayış binasında baş verən atışma nəticəsində 5 nəfər ölüb, 13 yaşlı yeniyetmə qız ağır yaralanıb. Qeyd edilir ki, ölənlərdən 4-ü qadın, 1-i kişidir.

Polis hücumda şübhəli bilinən 57 yaşlı Erik Adamsı saxlayıb. Onun iki fərqli mənzilə silahlı hücum etdiyi bildirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.