Gündəm / Cəmiyyət
28 sentyabr 2024
0

Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb


İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.

Bu barədə İsrailin "12-ci" telekanalı məlumat yayıb.

Bildirilib ki, Z.Nəsrullah “Hizbullah”ı dəstəklədiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Həsən Nəsrullahın böyük oğlu Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə ölüb.

İsrail KİV-nin yaydığı məlumata görə, ötən gecə “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində Həsən Nəsrullah da ölüb.