Gündəm / Dünya
09 iyul 2024
1

İsrail Hizbullahın daha bir komandirini məhv etdi


Hizbullah komandir Yasir Nimr Kornişin İsrailin zərbələri nəticəsində öldüyünü təsdiqləyib.

Bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Suriya-Livan sərhədinə gedən yolda Əl-Sabbur qovşağının yaxınlığında müqavimət döyüşçülərinin avtomobili İsrail qırıcıları tərəfindən vurulub və nəticədə komandir ölüb.