Gündəm / Dünya
26 sentyabr 2024
0

“Hizbullah”ın daha bir komandiri Livanda həlak oldu

“Hizbullah”ın daha bir komandiri Livanda həlak oldu

İsrail ordusunun Beyrutun Dahiyah məhəlləsinə endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın Hava Qüvvələrinin komandiri, “Əbu Saleh” ləqəbi ilə tanınan Məhəmməd Hüseyn Srur həlak olub.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu tərəfindən komandirin ölümü bu cür şərh olunub:

“Terrorçu Srur İsrailin daxili cəbhəsinə yönəldilmiş pilotsuz uçuş aparatları, qanadlı raketlər də daxil olmaqla bir çox hava terror əməliyyatlarını idarə edib və onlara komandanlıq edib”.

Xatırladaq ki, bir neçə gün öncə İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah”ın raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi öldürülüb.