Gündəm / Cəmiyyət
24 iyun 2024
0

İstintaq Komitəsi: Dağıstanda terror aktları nəticəsində 4 mülki şəxs ölüb


Dağıstanda törədilən terror aktları nəticəsində 4 mülki şəxs və 15 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Dağıstanda sinaqoq və kilsələrə hücum edən silahlıların kimliyinin də müəyyən edildiyi bildirilib.

Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.